Vladimir Putin Rusiya ordusunun Ukraynadakı itkilərindən narahat deyil.
Gundem.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“O, Ukrayna kimi çoxlu əsgər itirir. Bundan sonra nə olacağını görəcəyik”, - Tramp bildirib.
Onun sözlərinə görə, sülh səylərində irəliləyiş əldə edilən kimi bombalanmaması lazım olan yerlər qəflətən bombalanır və irəliləyiş yox olur.