AZ

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın IB2 şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
6
yeniazerbaycan.com

9Mənbələr