
“Xocahəsən” və “Sulutəpə” əhali orta təzyiqli qaz xətləri üzərində tənzimləyicinin yer səthindən dayaqlar üzərinə qaldırılması və quraşdırılması, eləcə də Yasamal rayonu, Kənar Dairəvi 38 ünvanında qaz sızmasının ləğvi məqsədilə 13.06.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.