Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.
Mövsüm bitən kimi Elmar Baxşıyev və 12 futbolçu ilə yeni müqavilə imzalayan “Araz-Naxçıvan” ilk transferini gerşəkləşdirib. Naxçıvan təmsilçisi yay transfer nübarını İsraildən dərdi.“Football”-plus.az” xəbər verir ki, “qırmızı-ağlar” İsrail “Makkabi”sindən (Netanya) Bar Koheni heyətinə qatıb.İsrailin bütün aşağı yaş qrupu yığmalarında çıxış etmiş Kohen 10 nömrə mövqeyində oynayır. Hücumun sağ cinahına meyl edən yarımmüdafiəçi 8 nömrə mövqeyində də oynamağı bacarır. Amma yəqin ki, Elmar Baxşıyev onu elə hücumçunun arxasında - 10 nömrə kimi oynadacaq. Futbolçu son mövsümdə məhsuldarlıqla yadda qalmayıb. Belə ki, 26 mümkün oyundan 16-na çıxan 24 yaşlı futbolçu iki qol, bir məhsuldar ötürmə müəllifidi. Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Kohenin “transfermarkt” dəyəri 300 min avrodu.MÜZƏFFƏR QULUZADƏ
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.