AZ

G7 ölkələri arasında fikir ayrılığı səbəbilə ümumi bəyanat verilməyəcək

“Böyük Yeddilik” (G7) ölkələri qarşıdan gələn sammitin yekununda ümumi kommunikeni dərc etməmək qərarına gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Qərarın ABŞ ilə digər üzv ölkələr arasında, xüsusən də Ukrayna münaqişəsi ilə bağlı bir sıra məsələlər üzrə prinsipial fikir ayrılıqları səbəbindən verildiyi bildirilir.

Birgə yekun sənədin əvəzinə, G7 iştirakçı ölkələrinin liderləri müxtəlif mövzular üzrə ayrıca bəyanatlar verə bilərlər. Lakin ümumi yekun nəticə sənədi hazırlanmayacaq.

Agentliyin məlumatına görə, bu yanaşmanı sammitə ev sahibliyi edən Kanada tərəfi irəli sürüb. Baş nazir Mark Karni ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərdəki gərginliyi azaltmağa və ticarət və təhlükəsizlik məsələlərinin irəlilədilməsinə çalışır.

Bloomberg həmçinin xatırladır ki, ötənilki sammitin kommunikesi 36 səhifəlik sənəd olmuş, orada Ukraynaya dəstək və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri yer almışdı.

Seçilən
28
nocomment.az

1Mənbələr