AZ

Olimpiya çempionunun iki medalı ləğv edildi

Rusiyalı güləşçi Bilyal Maxov (130 kq) 5 il diskvalifikasiya edilib.

Yenisabah.az İdman.biz-ə istinadən xəbər verir ki, Olimpiya çempionu iki medaldan məhrum olunub.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) Maxovu 2015-ci ilin yanvarından 2020-ci ilin yayına kimi diskvalifikasiyaya məruz qoyub. Onun bu müddət ərzində dünya çempionatlarında (2014 və 2015) qazandığı iki medal ləğv olunub.

Qeyd edək ki, 37 yaşlı güləşçi London-2012 Olimpiadasının qızıl medalçısıdır. Maxov üç dəfə dünya, bir dəfə Avropa çempionatının qalibi olub.


Telegram kanalımız
Seçilən
11
2
yenisabah.az

3Mənbələr