AZ

Şimali və Cənubi Koreya sərhəddində nə baş verir?

Şimali Koreya Cənubi Koreyanın analoji qərarına cavab olaraq sərhəddə səsgücləndirici yayımlarını dayandırıb. “Renhap” xəbər agentliyinin verdiyi məlumata görə, “Yayımlar çərşənbə günü axşam saatlarında dayandı və səhər eşidilməyib”.

Şimali Koreya ilə sərhəddə səsgücləndiricilər iyunun 4-də vəzifəsinin icrasına başlayan Cənubi Koreyanın yeni prezidenti Li Çje Myonqun əmri ilə bir gün əvvəl dayandırılıb. Qərar Koreya yarımadasında sülhün bərqərar edilməsi səyləri çərçivəsində qəbul edilib. Li Çje Myonq həmçinin seçki kampaniyası zamanı Şimali Koreyaya qarşı təbliğat aparan vərəqələrin yayılmasını dayandıracağına da söz verib.

Qeyd edək ki, Cənubi Koreya ilk dəfə 1963-cü ildə KXDR əhalisinə psixoloji təsir göstərmək üçün səsgücləndiricilərdən istifadə edib. Verilişlər 2004-cü ildə dayandırılıb, sonra isə bir neçə dəfə bərpa olunub. 2024-cü ilin iyununda Şimali Koreya ərazisindən zibil şarları havaya buraxıldığı üçün səsucaldanlar yenidən işə salınmışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr