Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski jurnalistlərə bildirib ki, Aİ ilə vizasız rejimin dayandırılması Gürcüstan hakimiyyətinin hərəkətlərinə cavab variantlarından biridir, lakin bu, üzv ölkələrin əksəriyyətinin dəstəyini qazanmayıb: “Bu müzakirələr bir neçə aydır ki, davam edir. İndiki mərhələdə deyərdim ki, üzv dövlətlərin əksəriyyəti bunun əleyhinədir.
Səbəb sadədir: biz istəmirik ki, hakimiyyətin qərarlarının əvəzini sadə insanlar ödəsin”, – Pavel Qerçinski deyib. O, əmin edib ki, bu gün Gürcüstan vətəndaşları Avropa İttifaqı ilə vizasız rejimdən heç bir maneə olmadan istifadə edə bilərlər.
Xatırladaq ki, Avropa İttifaqı artıq Gürcüstan diplomatik pasportlarının sahibləri üçün vizasız rejimi dayandırıb. Slovakiya və Macarıstan bu tədbirə qarşı çıxıblar.
//Samir Qurbanov, Editor.az