AZ

Leon Avdullahu rəsmən “Hoffenhaym”da

İsveçrənin “Bazel” komandasının dayaq yarımmüdafiəçisi Leon Avdullahu bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundesliqa təmsilçisi isveçrəli futbolçunu 8 milyon avro müqabilində transfer edib. 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalansa da, dəqiq müddət açıqlanmayıb.

Leon Avdullahu “Bazel”in yetirməsidir. O, indiyə qədər yalnız bu komandanın şərəfini qoruyub. Gənc yarımmüdafiəçi İsveçrə klubunun əsas komandasında meydana çıxdığı 71 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Avdullahu İsveçrənin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
62
arena.az

1Mənbələr