Ajans.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin təhlükəsizlik və qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə baş müşaviri Dyord Baçondi "M1" telekanalının efirində bildirib. Bir il əvvəl Avropa Komissiyasının təşəbbüsü ilə Avropa Ədalət Məhkəməsi Macarıstana qarşı 200 milyon avroluq cərimə qərarı çıxarıb.
Səbəb isə Budapeştin ümumavropa miqrasiya paktına əməl etməkdən imtina etməsi olub.
Qərarı yerinə yetirmədiyi hər günə görə Macarıstana əlavə olaraq 1 milyon avro cərimə hesablanır.