Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir sərnişini sağ qalıb.
Bu haqda “ANI” portalı polisə istinadən məlumat yayıb.
“Polis 11A ünvanında bir sağ qalanı tapıb”, - deyə hüquq-mühafizə orqanı rəsmisi bildirib. O, xəstəxanaya aparılıb.
“Hələlik ölənlərin sayı ilə bağlı heç nə demək mümkün deyil. Təyyarə yaşayış massivində qəzaya uğradığı üçün bu, arta bilər”, - polis əlavə edib.