Bu gün 70 illik doğum günü qeyd edilən Naizm İmanov (Müzəffərli) məhz alimlik, ziyalılıq və vətəndaşlıq missiyalarının daşıyıcısı olan şəxslərdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffər oğlu İmanov (Müzəffərli) bütün ömrü və fəaliyyəti ərzində məhz alimlik, ziyalılıq və vətəndaşlıq anlayışlarını özünəməxsus şəkildə tələbələrinə və gənclərə təlqin edib. Hələ ötən əsrin 80-ci illərinin ortalarında Bakı Ali partiya məktəbində pedaqoji fəaliyyətə başlayan və sonradan Bakı Sosial İdarəetmə və Politologiya institutuna çevrilən bu ali məktəbdə Elmi İşlər üzrə prorektor vəzifəsini tutan Nazim Müzəffərli tələbələrlə müəllim-tələbə münasibətləri yox, yoldaşlıq münasibətləri qurub.
Məhz bu keyfiyyəti ona tələbələr və gənclər arasında böyük inam və etimad qazandırıb. Yeniliklərin sahidi olduğumuz, köhnə siyasi elitaya və ziyalı təbəqəsinə şübhə ilə yanaşıldığı bir dövrdə soyadının kökündə “inam” sözünün dayandığı Nazim Müzəffərlinin gənclər arasında qazandığı etimadın özündə də bir rəmzilik var.
Nazim İmanova bu etimadı qazandıran əsas amillərdən biri də Azərbaycanın müstəqilliyi yönündə onun sərgilədiyi vətəndaşlıq mövqeyi idi. Onun bu müstəvidə mübarizəsi də əkəsriyyətdən ziyalılıq zəkası ilə seçilirdi.
Azərbaycan müstəqillik tarixinin yazıldığı dövrdə Nazim İmanovun təfəkkürü və fəlsəfəsi xalqımızda elmi, siyasi və əxlaqi komponentlərinin formalaşmasına öz töhfəsini verib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucularından biri və uzun illər partiyanın sədr müavini olmuş Nazim Müzəffərli 2004-cü ildə bir çoxlarının gözləmədiyi halda partiyadan istefa verməklə kifayətlənməyərək, 2005-ci ildə iqtisadçı-alim kimi fəaliyyət göstərməsinin daha məqsədəuyğun hesab etdiyini açqıaldı. Beləliklə də, alim, ziyalı və vətəndaş olan Nazim İmanov siyasi arenadan vaxtında getmək fəlsəfəsinin mahiyyətini geniş ictimaiyyətə nümayiş etdirdi.
Onun bu addımı, eyni zamanda, Nazim İmanovun Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasət kursunu birmənalı şəkildə dəstəkləməsiningöstəricisi idi. O, bununla özünün siyasi baxışlarının dövlət baçısının siyasi-iqtisadi strategiyasının inikası olduğunu sərgiləyirdi.

100-dən çox elmi məqalə və tədqiqatın müəllifi olan Nazim İmanov, idarəetmə və qloballaşma məsələlərinə dair araşdırmaları ilə tanınır.
Onun 2006-cı ildə nəşr edilmiş “Azərbaycanın reytinqi - beynəlxalq müqayisəli tədqiqlərdə” adlı monoqrafiyası və torpaqlarımızın işğaldan azad edilməsindən hələ on il əvvəl çapdan çıxmış “Post-konflikt ərazilərin bərpası: konseptual əsaslar” adlı əsəri bu sırada xüsusi əhəmiyyət kəsb edir.
2014-cü ilin mayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutuna direktor təyin olunan iqtisad elmləri doktoru, professor Nazim İmanov kollektivdə yalnız elmi-tədqiqat mərkəzi ruhu yox, həm də ictimai şüura söykənən, müasiriqtisadi tələblərlə ayaqlaşan intellektualplatforma formalşadırıb.
Onilliklər ərzində sərgilədiyi həyat fəlsəfəsinə sadiq qalan Nazim İmanov bu gün də gənc alimlər sırasında yer almağa çalışan doktornatlar və iddiaçılarla söhbətlərində yalnız elmi sual-cavablarla kifayətlənməyərək, onlara həm də ziyalılıq və vətəndaşlıq dəyərlərininincəliklərini aşılayır. Çünki alimlik zirvəsinin təməlində ziyalılıq və vətəndaşlıq anlayışları dayanır.
Bu danılmaz həqiqəti AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli öz 70 illik həyat fəsləfəsi ilə dəfələrlə təsdiqləyib.
Elşad Məmmədov, i.e. doktoru, professor
Sahil İsgəndərov, politoloq
AzVision.az