AZ

Tramp təhlükə barədə xəbərdarlıq edir: İsrail İranı vurmağa hazırdır » AzadMedia.az


ABŞ prezidenti hesab edir ki, yaxın gələcəkdə Yaxın Şərqdə münaqişə alovlana bilər. İsrail “istənilən vaxt” İrana zərbə endirməyə hazırlaşır.
ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında münaqişənin yaxın gələcəkdə daha da pisləşəcəyini gözləyir. Bu barədə TASS yazır.
O qeyd edib ki, Yaxın Şərqdə çoxlu ABŞ vətəndaşı var, “onlara getmələrini söyləmək lazımdır, çünki tezliklə nəsə ola bilər”. Tramp həmçinin genişmiqyaslı münaqişənin baş verməyəcəyinə ümid etdiyini bildirib. 
Mətbuatın yazdığına görə, İsrail yaxın günlərdə İrana qarşı hərbi zərbə endirməyə hazırdır, lakin yekun qərar hələ verilməyib. Mənbələrin bildirdiyinə görə, bu həftənin sonuna qədər İsrail ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüş keçirmək niyyətindədir.
İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Handelman bildirib ki, yəhudi dövləti İranın nüvə proqramı ilə bağlı məsələnin güc yolu ilə həllini nəzərdən keçirir.
ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların altıncı raundu bazar gününə planlaşdırılıb.
Seçilən
24
1
azadmedia.az

2Mənbələr