AZ

Yassin Benzyadan vida paylaşımı

"Qarabağ"ı tərk edən Yassin Benzya vida paylaşımı edib.

"Football-plus.az" xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi kluba təşəkkürünü çatdırıb.

Benzya sosial şəbəkə hesabında bunları yazıb:
"Karyeramda ən mühüm mərhələnin sonuna gəldik. "Qarabağ"a, klubun rəhbərliyinə, məşqçilərinə (Qurban Qurbanova hər şeyə görə təşəkkür edirəm), heyətə, azarkeşlərinə və əlbəttə ki, bütün komanda yoldaşlarıma təşəkkürümü bildirməyə sözlər kifayət etməz. Bütün yaşadıqlarımdann sonra burada futbol oynamağın sevincini yenidən özümü tapa bildim. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma kömək etmək, komandamızın Avropada uğurlu çıxışına kömək etmək, milli komandaya dönmək... Sadəcə olaraq hər şey üçün təşəkkür edirəm. Əbədi qəlbimdə".

Xatırladaq ki, "Qarabağ" dünən Benzya ilə yollarını rəsmən ayırıb.
Seçilən
19
2
football-plus.az

3Mənbələr