AZ

G7 ölkələrinin sammiti bu tarixdə başlayacaq

Kanadada daha əvvəl iyunun 15-nə planlaşdırılan G7 ölkələrinin sammitinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) başlanması bir gün sonra baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Kanada rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, G7 liderləri görüşdən sonra bəyannamə deyil, “daha qısa, diqqətli” bəyanatlar verməyi planlaşdırıblar.

Daha əvvəl CTV Kanada hökumətindəki mənbəyə istinadla məlumat vermişdi ki, G7 ölkələrinin yekun bəyanatı gözlənilmir, əvəzində iştirakçılar bəzi məsələlər üzrə birgə kommünikelər çıxara bilər.

Seçilən
36
5
publika.az

7Mənbələr