AZ

Ukraynada itkin düşənlərin sayı 70 min nəfərə çatdı

BAKI, 13 iyun. TELEQRAF

Ukraynada xüsusi şəraitdə itkin düşmüş 70 minə yaxın adam var.

Teleqraf xəbər verir ki, itkin düşmüş şəxslər üzrə müvəkkil Artur Dobroserdov brifinq zamanı belə deyib.

Bu rəqəm həm hərbi qulluqçulara, həm də mülki şəxslərə aiddir.

A.Dobroserdovun sözlərinə görə, onların bir çoxunun taleyini yalnız müharibə başa çatdıqdan və ya hərbi əməliyyatların aktiv fazası bitəndən sonra öyrənmək mümkün olacaq.

O bildirib: "Biz Rusiyadan əsirlikdə və ya girovluqda olan bütün şəxslər haqqında məlumat alandan sonra dəqiq bir söz deyə bilərik. O zaman hərbi əməliyyatların keçirildiyi ərazilərdə, "boz zonalarda" və işğal olunmuş ərazilərdə axtarış qruplarının işini praktiki olaraq həyata keçirmək mümkün olacaq".

Seçilən
27
teleqraf.com

1Mənbələr