İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü güman edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri də həla olmuş ola bilər.
İran tərəfi hələlik bu iddia ilə bağlı heç bir açıqlama verməyib.