Musavat.com xəbər verir ki, Netanyahu bildirib ki, bu əməliyyatın nə qədər davam edəcəyi qarşı tərəfdən gələn təhlükənin səviyyəsindən asılı olacaq:
"Bu təhdid ortadan qalxana qədər "Yüksələn Aslan" əməliyyatı neçə gün çəkəcəksə, o qədər də davam edəcək".
Baş nazirin bu bəyanatı, xüsusilə son günlərdə İsrailin bölgədə həyata keçirdiyi intensiv hərbi əməliyyatlar fonunda səsləndirilib. Qeyd olunur ki, əməliyyatın hədəfində İranla əlaqəli qrupların və sərhəd zonalarında İsrailə qarşı təhlükə yaradan silahlı strukturların olduğu ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31