Böyük Yeddilik (G7) ölkələrinin Kanadada keçiriləcək sammitinin tarixi dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi kanadalı məmura istinadən məlumat yayıb.
Daha əvvəl 15 iyuna planlaşdırılan sammit bir gün gec, yəni 16 iyunda keçiriləcək.
Məmurun sözlərinə görə, G7 liderləri görüşün nəticələrinə dair ənənəvi geniş bəyanat əvəzinə daha qısa və tematik açıqlamalar dərc edəcəklər.