Ajans.az xəbər verir ki, o, İranı ABŞ hərbçilərinə və diplomatlarına, eləcə də Vaşinqtonun regiondakı maraqlarına qarşı hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

ABŞ dövlət katibinin yazılı bəyanatında deyilir: "Prezident Donald Tramp və administrasiyası qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görüb və bölgədəki tərəfdaşlarımızla sıx təmasdadır. İcazə verin, açıq deyim: İran ABŞ-ın maraqlarına və şəxsi heyətinə qarşı addım atmamalıdır".