AZ

İsrail zərbələrə görə "ağır bədəl" ödəyəcək

İran cümə günü həyata keçirdiyi hücumlara görə İsrailə sərt cavab vəd edib.

Herbiand.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, İran silahlı qüvvələrinin nümayəndəsinin bəyanatında İsrail İrana hücumlarına görə "ağır bədəl" ödəyəcəyi bildirilib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” (Yüksələn Aslan) əməliyyatının başladığını elan edib. İsrailin müdafiə naziri İsrael Katz bu hərəkətləri “qabaqlayıcı zərbə” adlandırıb və həmvətənlərinə Tehrandan mümkün cavab hücumu təhlükəsi barədə xəbərdarlıq edib.

Seçilən
44
herbiand.az

1Mənbələr