AZ

“İsrail əməllərinə görə mütləq cəzalandırılacaq” - Xamenei

“İsrail dövləti əməllərinə görə mütləq cəzalandırılacaq”.

Missiya.Az “IRNA”ya istinadən xəbər verir ki, bunu İranın Ali dini rəhbəri Seyid Əli Xamenei deyib.

"Bu gün sübh çağı sionist rejim sevimli ölkəmizdə cinayət törətmək üçün çirkli və qanlı əlini açıb və öz şərliyini hər zamankindən daha çox nümayiş etdirdi", - deyə o vurğulayıb.

Xamenei müraciətində bir neçə komandir və alimin ölümünü də təsdiqləyib. 

O qeyd edib ki, yəhudi dövləti öz hərəkətləri ilə özü üçün acı və ağrılı tale hazırlayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr