GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyədə İQ səviyyəsi 79 və ya daha aşağı olan şəxslər sürücülük vəsiqəsi ala bilməzlər. Qərar sürücülük qabiliyyətini daha dəqiq qiymətləndirmək məqsədilə qəbul olunub. Azərbaycanda da sözügedən sənədi almaq üçün tibbi və psixoloji müayinələr tələb olunur. Lakin İQ səviyyəsinə əsaslanan hər hansı məhdudiyyət hələlik mövcud deyil.
Ölkəmizdə tip tənzimləmə tətbiq edilə bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, İQ səviyyəsinə əsasən sürücülük vəsiqəsinin verilməsi məntiqli və məqsədəuyğun yanaşmadır:
“Avtomobil idarə etmək ciddi məsuliyyət və risk daşıyır. Sürücünün müəyyən dünyagörüşü, həyat təcrübəsi və situasiyaları qiymətləndirmə bacarığı olmalıdır ki, qəfil hallarda düzgün qərar verə bilsin. Bəzi yol-nəqliyyat hadisələrinin arxasında aşağı intellektual səviyyə və məlumatsızlıq dayanır. Dəqiq statistika olmasa da, bəzi qəzalara səbəb kimi bu faktoru göstərmək mümkündür”.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Yasin Mustafayev
Ekspert bildirib ki, Azərbaycanda da bu mexanizmin tətbiqi faydalı ola bilər:
“Avtomobil idarə etmək təkcə texniki bacarıq deyil, həm də məlumatlılıq, intellekt və düzgün reaksiya qabiliyyəti tələb edir. İntellektual səviyyəsi yüksək olan sürücülər bir çox hallarda daha təmkinli və məsuliyyətli davranırlar. Ölkəmizdə İQ səviyyəsinə görə sürücülük vəsiqəsinin verilməsi mexanizmi qanunvericiliklə tənzimlənərsə, bu həm yol təhlükəsizliyi, həm də sürücü məsuliyyəti baxımından müsbət nəticələr verər”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.