AZ

Tramp İsrailin İrana hücumlarından xəbərdar olduğunu bəyan edib

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hava zərbələri ilə bağlı əvvəlcədən məlumatlandırıldığını, lakin ABŞ-ın heç bir hərbi rolu olmadığını deyib.
 
APA xəbər verir ki, bu barədə Tramp "Fox News"a müsahibəsində deyib.
 
Tramp bəzi yüksək səviyyəli İran liderlərinin öldürüldüyünə də eyham vurub: “İran liderlərindən bəziləri geri qayıtmayacaq”.
 
“Mən bunu İsrailin İrana hücumundan əvvəl bilirdim. İran nüvə bombası əldə edə bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Nə olacağını görəcəyik”, - ABŞ Prezidenti əlavə edib.
Seçilən
23
4
moderator.az

6Mənbələr