Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Bizim.Media xəbər verir ki, bu saata qədər dünya mediasında bir sıra yüskək vəzifəli İran rəsmisinin öldürüldüyü ilə bağlı məlumatlar yayılıb.
İsrailin zərbələri nəticəsində həyatını itirən İran rəsmilərinin ilkin siyahısını təqdim edirik:
- Baş Qərargah rəisi Məhəmməd Baqiri.
- SEPAH komandiri Hüseyn Salami.
- SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.
- İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi.
- İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid.
- Nüvə fizikası - İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta