AZ

SEPAH komandanı qərargaha hücum zamanı ölüb

İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami həyatını itirib.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Salami qərargaha təşkil olunan hücum nəticəsində həlak olub. 

Eyni zamanda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin hücumlar zamanı öldüyü açıqlanıb. 

Hücum nəticəsində həmçinin tanınmış nüvə alimləri – "Azad" İslam Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi və İran Atom Enerjisi Təşkilatının (İAET) sabiq rəhbəri Fəreydun Abbasi də həlak olublar.

Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, hücum zamanı hədəf alınan obyektlər arasında iranlı nüvə fizikləri və Natanzdakı uranın zənginləşdirilməsi obyektləri də olub.

Seçilən
38
far.az

1Mənbələr