
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamnei İsrailin endirdiyi hava zərbələri nəticəsində ölən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin yerinə təyinatlar həyata keçirib.
Reyting.az xəbər verir ki, Həbibullah Səyyari ordunun müvəqqəti qərargah rəisi, Əhməd Vəhidi isə “SEPAH”ın baş komandanı təyin edilib.(Report)