AZ

İsrailin hücumlarında neft obyektlərinə ziyan dəyməyib - İran

İranın Milli Neft Emalı və Neft Məhsullarının Paylama Şirkəti İsrailin bu gün səhər saatlarında həyata keçirdiyi hücumlar nəticəsində ölkənin neft obyektlərinə hər hansı ziyan dəymədiyini açıqlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, şirkətin İran dövlət televiziyasına verdiyi açıqlamada bildirilib ki, neft emalı zavodları və anbarlar hücumdan zərər görməyib, ölkə üzrə yanacağın paylanması isə fasiləsiz şəkildə davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin İranın bir neçə şəhərinə hava hücumları təşkil etdiyi bildirilir. Hücumların əsas hədəfinin nüvə obyektləri və hərbi məntəqələr olduğu qeyd olunur. Yerli mənbələrin məlumatına görə, hücumlar nəticəsində bir neçə yüksək rütbəli iranlı hərbçi və elm adamı həlak olub.

Seçilən
16
manset.az

1Mənbələr