AZ

Rektorlar haqqında nə bilirik? - Əhməd Vəliyev...

Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

 

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

 

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.

 

Araşdırmamızda bu dəfə Odlar Yurdu Universiteti var.

 

Bu ali təhsil müəssisəsinə hazırda Əhməd Vəliyev rəhbərlik edir.

 

Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olmuş, 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakultəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

 

1990–1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmışdır.

 

Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, professor, "Şöhrət" ordeni ilə tətlif edilib. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni təhsil texnologiyalarının tətbiqindəki nəaliyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.

 

Əhməd Vəliyev Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və Dosent, professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülmüşdür. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, siyasi publisistika janrında yazılmış "Bəsirət ünvani" adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, 2003-cü ildə isə ingilis dilində çap olunmuşdur. Bundan başqa, Əhməd Vəliyev "Adının sahibi" kitabının da müəllifidir.

 

Əhməd Vəliyev III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvüdür. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəridir.

 

Əhməd Vəliyev 1997-ci ildən Odlar Yurdu Universitetinin rektorudur.

 

Ailəlidir, 2 oğlu, 1 qızı, 8 nəvəsi vardır.

 

28 ildir ki, Odlar Yurdu Universitetinin rektoru vəzifəsini icra edir.

Seçilən
21
azedu.az

1Mənbələr