Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox adam ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "New Indian Express" qəzeti yazıb.
Bundan əvvəl 290-dan çox qurbanın olduğu bildirilirdi. Buraya təyyarənin göyərtəsində həlak olanlar, eləcə də təyyarə yaşayış məntəqəsinə çırpıldığı üçün yerdə olanlar daxildir.
Xatırladaq ki, dünən Hindistanın Qucarat əyalətində Əhmədabad şəhərinin hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 242 nəfər olub: 230 sərnişin, iki pilot və 10 ekipaj üzvü.
Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin məlumatına görə, təyyarənin qəzaya uğraması bu tipli təyyarənin iştirakı ilə baş verən ilk ölümcül qəza olub.