AZ

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

Moskva ÇSKA-nın keçmiş futbolçusu Aleksey Berezutski paytaxt klubunun yeni baş məşqçisi ola bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış rusiyalı jurnalist İvan Karpov "Telegram" kanalı üzərindən məlumat yayıb. 

Mənbənin məlumatına görə, əcnəbi ilə razılığa gəlmək mümkün olmasa, o zaman böyük ehtimalla komandaya Marko Nikoliçin məşqçilər korpusunda çalışmış Berezutski başçılıq edəcək. Eyni zamanda, yeni sükançının təyinatının gələn həftənin əvvəlində baş tutacağı da bildirilir. 

Bir müddətdir əcnəbi məşqçi axtarışında olan klub rəhbərliyi ölkə xaricindən mütəxəssis gətirməkdə çətinlik çəkir. 

Xatırladaq ki, ötən mövsümün yekununda “hərbçilər” Rusiya Premyer Liqasının bürünc medalını və ölkə kuboku qazanıblar. 

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr