AZ

“Azərişıq” ASC-nin gənc mütəxəssisləri Qırğızıstanda 2 nominasiya üzrə qalib olublar

Qırğızıstanda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” keçirilib. Azərbaycanı bu yarışda  “Azərişıq” ASC 6 nəfərlik heyətlə təmsil edib.

Açılış mərasimində Qırğızıstan Respublikasının energetika nazirinin müavini Usenova Nazgül Jorobelovna və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin sədri Altınbek Rısbekov komandaları salamlayıblar. Türk dövlətlərinin qədim tarixindən danışılıb, bu yarışların onlar arasındakı dərin bağları daha da möhkəmləndirəcəyi vurğulanıb.

3 mərhələ üzrə 2 gün ərzində keçirilən “Peşə Ustalığı Yarışları”nda “Azərişıq” ASC-nin komandası “Ən yaxşı iş icraçısı” və “Ən yaxşı hakim işi” nominasiyaları üzrə bütün rəqiblərini üstələyərək qalib olublar. Ümumi nəticədə gənc energetiklərimiz yarışı 3-cü pillədə başa  vurublar.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” ilk dəfə “Azərişıq” ASC-nin təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Hadrutda keçirilib. Növbəti yarışlar bu ilin oktyabrında Özbəkistanda təşkil olunacaq.

Seçilən
10
50
musavat.com

10Mənbələr