AZ

İranın Nüvə Bombasına Sahib Olmasına İcazə Verməyəcəyik - Tramp

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp, İsrailin İrana hücumlarından sonra verdiyi ilk açıqlama verib.

TurkicWorld xəbər verir ki, Tramp telefonla Fox News-un aparıcısı Bret Baier-ə açıqlama verib.

ABŞ prezidenti Donald Tramp, İsrailin İrana hücumlarından sonra verdiyi ilk açıqlamada, İranla nüvə müzakirə prosesini davam etdirməyə ümid etdiklərini ifadə edərək, "Lazım gələrsə, İsraili müdafiə edəcəyik" - deyə vurğulayıb.

"İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Baxacağıq. Rəhbərlikdə geri dönməyən bir neçə adam var". -ifadələrdən istifadə edib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib.

Nazirin sözlərinə görə, İsrail dövlətinin həyata keçirdiyi qabaqlayıcı hücumdan sonra yaxın vaxtlarda İran tərəfindən İsrailə və onun mülki əhalisinə qarşı raket və pilotsuz aparatlarla hücum gözlənilir.

İsrail ordusu İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.

Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.

Seçilən
4
turkic.world

1Mənbələr