AZ

İsrailin İrana zərbələri fonunda bir neçə beynəlxalq reys Bakıya enib

İran, İraq və İsrail hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbilə bir neçə beynəlxalq reys çərşənbə günü səhər saatlarında Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına yönləndirilib. Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aşağıdakı reyslər Bakıda uğurla eniş edib.

AJet: İstanbul–Tehran

Fly Dubai: Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay

Air Arabia: Moskva–Şarca

Jazeera Airways: Mahaçqala–Küveyt, Moskva–Küveyt

Etihad Airways: Moskva–Əbu-Dabi

Turkish Airlines: İstanbul–Phuket, İstanbul–Sinqapur

Hava limanı bildirib ki, reyslərin qəbulu tam təhlükəsizlik və logistik koordinasiya prinsiplərinə uyğun həyata keçirilib.

Bakı hava limanı regionda etibarlı tranzit və aviasiya mərkəzi kimi istənilən fövqəladə şəraitdə beynəlxalq aviareysləri qəbul etməyə tam hazırdır.

N.Təbrizli

Seçilən
11
anews.az

1Mənbələr