Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İyunun 11-də Gəncədə vəfat edən polkovnik-leytenant Sərdar Bayramov dünən elə bu şəhərdə dəfn edilib.Modern.az xəbər verir ki, Sərdar Əyyub oğlu Bayramov 18 aprel 1964-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. 1982-ci ildə Daşkənd kənd orta məktəbini, 1987-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib.
1991-ci ildə Qarabağ müharibəsinə könüllü gedib, Füzuli, Beyləqan, Ağdam, Tərtər rayonlarında gedən döyüşlərdə iştirak edib. Döyüşlərin gedişində kontuziya alıb. Atəşkəsdən sonrakı illərdə müxtəlif briqadalarda yüksək hərbi vəzifələrdə sidmət edib.
2013-cü ildə Silahlı Qüvvələrdən təqaüdə çıxaraq ehtiyata buraxılıb.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Qarabağ müharibəsi veteranı idi.
Polkovnik-leytenant Sərdar Bayramov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə təltif olunub.
1989-cu ildə ailə həyatı qurmuşdu, iki oğlu var.
12 iyun 2025-ci ildə Gəncə şəhərində dəfn edilib.Allah rəhmət eləsin.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.