AZ

İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - YENİLƏNİB

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri öldürülüb.

APA xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

***
06:28

İran tərəfi İsrailin endirdiyi hava zərbələri nəticəsində Baş Qərargah rəisi Məhəmməd Bagerinin həlak olması ilə bağlı məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

***
05:53

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagerinin həlak olduğu ehtimal edilir.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.


İran tərəfi Bagerinin taleyi ilə bağlı hələlik açıqlama verməyib.
Seçilən
65
12
sherg.az

10Mənbələr