AZ

Azər Qasımlının istintaqı başa çatdı

BAKI, 13 iyun. TELEQRAF

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur.

Seçilən
21
2
teleqraf.com

4Mənbələr