AZ

ın əməkdaşı media müsabiqəsinin mükafatçısı oldu FOTO

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri dünən mükafatlandırılıb.

Mia.az-ın məlumata görə, müsabiqə qaliblərinin arasında mia.az saytının əməkdaşı Zülfiyyə Mustafayeva da var. O, 2-ci yerin qalibi olaraq diplom və pul mükafatı ilə təltif edilib.

Əməkdaşımızın yazısı şəbəkə ticarətinin ərzaq təhlükəsizliyinin təmin edilməsində yerini və rolunu, ölkəmizin bu sahədə həyata keçirdiyi strateji siyasəti, beynəlxalq təcrübəni, ticarət şəbəkələrinin kiçik və orta sahibkarlığın inkişafına verdiyi dəstəyi, həmçinin şəbəkə marketlərinin fəaliyyətində qarşıya çıxan nöqsanları, bunlardan çıxış yollarına dair təklifləri özündə əks etdirib.

Əməkdaşımızın bildirdiyinə görə, o, uzun illərdən sonra ilk dəfə müsabiqədə iştirak edib və obyektiv, qərəzsiz qiymətləndirmə üçün təşkilatçılara təşəkkürünü bildirir: “Az qala 20 il vardı ki, mən belə müsabiqələrdən özümü uzaq tuturdum. Ona görə yox ki, kimdənsə, nədənsə küsmüşdüm. Sadəcə, səhhətim imkan vermirdi ki, ürəyim istəyən zaman yazı-pozuya vaxt ayırım. Bu müsabiqə elanı təsadüfən qarşıma çıxdı. Qalib gəlmək niyyəti tutmadan yazdım. Düzdü, ticarət şəbəkələrinin fəaliyyətinə dair mövzu ara-sıra gündəmimizdə olurdu. Amma bu sahədə ilk dəfə idi ki, geniş araşdırma aparmaq təklif edilirdi. Jurnalist araşdırması indi mediada çox az-az qabağımıza çıxır. Bu sahədə açıq bir durğunluğun olduğunu etiraf edirik. Xüsusulə nəzərə alsaq ki, operativ informasiya yaymaq tendesiyası içindəyik, araşdırma jurnalistikasının arxa plana keçməsi də bəzən bizə təbii gəlir. Amma jurnalistikanın əsas prinsiplərindən biri də tədqiq etməkdi. Çox sevinirəm ki, ara-sıra özümüzü silkələyib hansısa mövzuları saf-çürük etməyi yadırğamamışıq. İşin ucunda həm də maddi marağın olması məsələyə bir ayrı rəng qatır. Müsabiqənin obyektiv qiymətləndirilməsi və mediaya dəstək üçün bütün təşkilatçılara – Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB), Veysəloğlu Şirkətlər Qrupu, Media Ağentliyinə, münsiflər heyətinə dərin təşəkkürümü bildirirəm”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Ləman

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
mia.az

3Mənbələr