AZ

Ən ucuz idman avtomobilləri: İlk onluq açıqlandı FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

10 ən ucuz idman avtomobilinin adı açıqlanıb.

Avtosfer.az-ın xəbərinə görə, "HotCars" portalı məlumat verib.

Portalın mütəxəssisləri avtomobil satışı ilə bağlı məlumatları təhlil ediblər.

Ən ucuz işlənmiş idman avtomobilləri siyahısına 2008-ci ilin "Dodge Caliber SRT-4" modeli başçılıq edir. "Dodge Caliber SRT-4" 285 at gücü hasil edən 2.4 litrlik turbo mühərrik və altıpilləli mexaniki ötürücü qutuya malikdir.

İkinci yeri 2004-cü il buraxılışlı "Dodge Neon SRT-4" tutub. Bu avtomobil mexaniki ötürücü qutu ilə birlikdə 230 at gücü hasil edən 2.4 litrlik mühərriklə təchiz edilib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Üçüncü yerdə 2010-cu ilin "Mazda Mazdaspeed 3" modeli gəlir. Bu hetçbekin güc qurğusu 263 at gücü hasil edən 2.3 litrlik turbo mühərrikdir. Avtomobil altıpilləli mexaniki ötürücü qutu ilə təchiz edilib.

Sonrakı sıralarda 2003-cü ilin "Ford Focus SVT", 2014-cü ilin "Ford Focus ST", 2014-cü ilin "Ford Fiesta ST", 2015-ci ilin "Volkswagen Golf GTi", 2016-cı ilin "Lincoln MKS Ecoboost", 2018-ci ilin "Honda Civic Si" və 2010-cu il "Subaru Impreza WRX STi" modelləri yer alıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
avtosfer.az

3Mənbələr