AZ

Tramp İsrailin İrana zərbələrindən xəbərdar olduğunu və lazım gələrsə İsraili müdafiə edəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp İsrailin İranda yerləşən hərbi və nüvə obyektlərinə endirdiyi zərbələrdən əvvəl məlumatlı olduğunu və bu hücumların onun üçün sürpriz olmadığını deyib. O, bu barədə Fox News telekanalına verdiyi müsahibədə danışıb.

Fox News jurnalisti Cenifer Qriffinin sözlərinə görə, Tramp administrasiyası İsrailin hücuma hazırlaşdığını Yaxın Şərqdəki ən azı bir əsas müttəfiqə əvvəlcədən bildirib və ABŞ-ın bu hücumlarda iştirak etmədiyini vurğulayıb. Vaşinqtonun hədəfi İranı yenidən nüvə danışıqlarına qaytarmaqdır.

"İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək," — Qriffin sosial şəbəkə X-də yazıb.

O, həmçinin bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yüksək hazırlıq vəziyyətinə gətirilib.

Jurnalist əlavə edib ki, son həftələrdə ABŞ İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminə əlavə raketlər göndərib.

N.Təbrizli

Seçilən
4
anews.az

1Mənbələr