AZ

Aqil Abbas: “Hökumət qiymətə qarışa bilməz” - Çıxış yolu nədir?

Yay fəslinin gəlişi ilə bazarlarda, marketlərdə rəngarəng meyvə bolluğu müşahidə olunsa da, qiymətlər heç də hər kəsin cibinə uyğun deyil. Ərik, şaftalı, çiyələk və xüsusilə gilas alıcıları qiymətləri görəndə təəccüblənirlər. Sosial şəbəkələrdə 12-14 manata satılan gilaslar ciddi narazılıq doğurur. Mövsümi məhsulun bu qədər baha olması bir çox suallar doğurur.

Məsələ ilə bağlı Yenisabah.az-a Milli Məclisin deputatı Aqil Abbas da münasibət bildirib:

"İndi bazar iqtisadiyyatında hökumət bazara müdaxilə edə bilməz. Hər kəs öz məhsulunu əkir, becərir və istədiyi qiymətə satır. Hal-hazırda bazarda meyvələrin qiyməti sahibkardan asılı olaraq dəyişkənlik göstərir. 10 manata olan çiyələk də var, 2 manata olan da. Həmçinin gilasın da 13 manata satılanı da var, 3 manata satılanı da". 

Aqil Abbas əlavə edib ki, əkin üçün olduqca əlverişli sahələr olsa da, işğaldan azad olunan torpaqlar hələ də minadan tam təmizlənmədiyi üçün istifadəsiz qalıb:

 "Hər kəsin bazarda öz qiyməti var. Amma təbii ki, mən də istəmərəm qiymətlər baha olsun. Çox istərdim ki, qiymətlər bütün sakinlər üçün əlçatan və uyğun olsun.  İşğaldan azad olunan torpaqlarda kifayət  qədər münbit torpaqlar var.  Əgər bu sahələr minalardan tam təmizlənsə, kənd təsərrüfatı üçün çox əlverişli olacaq". 

Rəvan Rzazadə 


Telegram kanalımız
Seçilən
23
4
yenisabah.az

5Mənbələr