AZ

Qadınlar, yoxsa kişilər daha savadlıdır? - Şəhər və kənd üzrə STATİSTİKA

Azərbaycanda əhalinin təhsil səviyyəsi cəmiyyətin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Xüsusilə ali təhsilli insanların sayı, ölkənin intellektual potensialı və gələcək perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.

 

Bəs görəsən, bu gün Azərbaycanda əhalinin nə qədəri ali təhsillidir? 

 

AzEdu.az mövzu ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.

 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019–2023-cü illər ərzində Azərbaycanda 15 və yuxarı yaşda əhalinin savadlılıq səviyyəsi demək olar ki, sabit qalıb və çox yüksək faizlərlə ölçülüb. Bu dövrdə həm şəhər, həm də kənd əhalisinin savadlılıq göstəriciləri 99.8% səviyyəsində qeydə alınıb.

 

Ümumi əhali üzrə (şəhər və kənd birlikdə)

 

2019-2023-cü illər ərzində ölkə üzrə ümumi savadlılıq səviyyəsi 99.8% təşkil edib. Həm kişilər, həm də qadınlar arasında bu göstərici eyni olaraq 99.8% olub.

 

Şəhər yerlərində savadlılıq səviyyəsi daha əvvəlki illərdə də yüksək olsa da, 2019–2023-cü illərdə 99.9%-ə çataraq maksimum həddə yaxınlaşıb. Qadınlar üzrə bu göstərici 99.8%, kişilər üzrə isə 99.9% olub. 

 

Azərbaycanın kənd ərazilərində 15 və yuxarı yaşda əhali arasında savadlılıq səviyyəsi son illərdə yüksək və sabit şəkildə saxlanılıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019–2023-cü illər üzrə kənd yerlərində ümumi savadlılıq göstəricisi 99.7% təşkil edib.

 

Kənd yerlərində savadlılıq səviyyəsinin statistik göstəriciləri aşağıdakı kimidir:

 

2019-cu il - Ümumi: 99.7%, Kişilər: 99.8%, Qadınlar: 99.6% ;

2020-ci il - Ümumi: 99.7%, Kişilər: 99.8%, Qadınlar: 99.6% ;

2021-ci il - Ümumi: 99.7%, Kişilər: 99.8%, Qadınlar: 99.6% ;

2022-ci il - Ümumi: 99.7%, Kişilər: 99.8%, Qadınlar: 99.6% ;

2023-cü il - Ümumi: 99.7%, Kişilər: 99.8%, Qadınlar: 99.6% ;

Seçilən
19
azedu.az

1Mənbələr