AZ

Netanyahunun təyyarəsi Aralıq dənizi üzərində bir saat dövrə vurub

İsrailin Baş naziri Benyamin Netanyahunun adı ilə əlaqələndirilən təyyarə Təl-Əvivdən havaya qalxdıqdan sonra təxminən bir saat ərzində Aralıq dənizi üzərində dövrə vurub.

Bu barədə "Flightradar24" xidməti məlumat yayıb.

Bu manevrlər İsrailin son hücumlarından sonra İranın cavab zərbəsi ehtimalı fonunda baş verib. Hələlik İsrail rəsmiləri Netanyahunun təyyarəsinin marşrutu ilə bağlı rəsmi açıqlama verməyiblər.

Xatırladaq ki, ötən gecə İsrail "Am KeLavi" ("Millət, aslan kimi") adlı hərbi əməliyyata başladığını elan edib. Əməliyyatın məqsədi İranın nüvə və raket proqramlarına zərbə vurmaqdır. İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Tehranda da daxil olmaqla, ölkənin müxtəlif ərazilərindəki obyektləri bombalayıblar.

Seçilən
11
1
far.az

2Mənbələr