AZ

İsrail “Yüksələn Aslan” əməliyyatına başlayıb, İranı vurub - Yaxın Şərqdə silahlar çəkildi

ABŞ-ın İraqın paytaxtı Bağdaddan şəxsi heyətini təxliyə etməsi xəbərindən sonra gözlənilən baş verdi. İsrail İranı vurdu İsrailin baş naziri Netanyahu Natantz şəhərinə hücumun İranın nüvə zənginləşdirmə proqramının ürəyini vurduğunu və əməliyyatın lazım olduğu müddətcə davam edəcəyini açıqlayıb. Hücum nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri və İnqilab Keşikçiləri Komandiri Hüseyn Səlami həlak olub. İrandan verilən ilk açıqlamada İsrail və ABŞ-ın ağır bədəl ödəyəcəyi bildirilib.

İsrail İranın paytaxtı Tehrandan 225 kilometr cənubda yerləşən Natanz şəhərinə zərbələr endirib.

Yerli vaxtla saat 04:00 radələrində (Türkiyə vaxtı ilə 03:00) paytaxt Tehranda partlayış səsləri eşidilib.

Az sonra İsrail Müdafiə Nazirliyi İrana hücumu elan edib və ölkədə “fövqəladə vəziyyət” elan edib və yaxın vaxtlarda cavab tədbirinin gözlənildiyini bildirib.

İsrail ordusu İranın nüvə proqramına zərbə vurmaq üçün qabaqlayıcı, dəqiq və birləşmiş zərbələr endiriblər.

İsrailin baş naziri Benyamin Netanyahu hücumun “İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə vurduğunu” və “lazım olduğu müddətcə davam edəcəyini” deyib.

Digər tərəfdən, İsrailin hücumları çərçivəsində İranın paytaxtı Tehran da vurulub.

Hücumlarda Baş Qərargah rəisi Məhəmməd Baqiri və İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami həlak olub.

Seçilən
49
kommersant.az

1Mənbələr