Musavat.com xəbər verir ki, iclas bu gün saat 11:00-da (Bakı vaxtı ilə 19:00-da) Ağ Evdə başlayacaq.
CNN telekanalının məlumatına görə, görüşdə ABŞ-ın İranla bağlı vəziyyətə necə reaksiya verəcəyi əsas müzakirə mövzusu olacaq. Gözlənilir ki, Tramp administrasiyası regiondakı gərginliyin azaldılması, eyni zamanda ABŞ maraqlarının müdafiəsi üçün nəzərdə tutulan diplomatik və təhlükəsizlik addımlarını müzakirə edəcək.
Bu iclas, İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr və onların nəticəsində yüksək rütbəli iranlı hərbçilər və nüvə alimlərinin öldürülməsi fonunda baş tutur. ABŞ-ın bu vəziyyətə necə cavab verəcəyi beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31