Yeni mövsüm hazırlıqlarını davam etdirən “Turan Tovuz” heyətlə bağlı çalışmalarına start verib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisini bur neçə oyunçu ilə yollarını ayırsa da, bəzi futbolçular komandada qalacaq. Onlardan biri də Tovuz klubunun kapitanı Şəhriyar Əliyevdir.
Mövsümün sonlarını zədəli keçirən müdafiəçinin klubdan göndəriləcəyi danışılsa da, rəhbərlik son anda onu komandada saxlamaq istəyib.
Əliyevin ötən mövsüm imzalanan müqaviləsindəki bir illik uzadılma bəndi aktivləşdirilib.
Təcrübəli oyunçu növbəti mövsüm də “Turan Tovuz”da çıxış edəcək.