31 dekabr 2024-cü il tarixinə "Yelo Bank" tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 473 milyon 5 min manat təşkil edib.
FED.az xəbər verir ki, bu, bankın ümumi kreditlərinin 49,5%-ni təşkil edib.
2023-cü ildə sahibkarlara verilmiş kreditlər 376 milyon 616 min manat olub. Beləliklə, illik müqayisəd 96 milyon 389 min manat artım (25,6% artım) qeydə alınıb.
Bu kreditlərin ümumi portfeldə nisbi payı da 2023-cü ildəki 47,4%-dən 2024-cü ildə 49,5%-ə yüksəlib.