İsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, İran nüvə silahı yaratmağa təhlükəli dərəcədə yaxınlaşıb və İsrail daha gözləyə bilməz.
“Yüksələn Aslan” əməliyyatı İran üçün ciddi zərbə oldu. Ölkə boyu 10-larla zərbələr endirilib, nəticədə bir neçə yüksək vəzifəli İran hərbçisi və nüvə alimləri həlak oldu.
Bu, birgünlük hərbi zərbə olmayacaq. İsrail əməliyyatı davam etdirəcək.
Bu gün yalnız bir neçə nüvə obyektinə zərbə endirilib, eyni zamanda İranın hava hücumundan müdafiə sistemləri, hərbi rəhbərlik və sənaye obyektləri də hədəfə alınıb.
İsrail bildirir ki, ABŞ əməliyyatı dəstəkləyib, amma əslində ABŞ əməliyyatda iştirak etməyib, hətta İsrail təyyarələrinə yanacaq doldurmada da kömək etməyib.
Senator Qrem bəyan edib ki, əgər İran təkcə İsrailə deyil, regionda ABŞ hədəflərinə də zərbə endirərsə, ABŞ İranın bütün neft sənayesini dağıdıcı hərbi zərbə ilə məhv edəcək.
İran mətbuatı zərbələrin hədəfini açıqlayıb. Vurulan hədəflərdən görünür ki, İsrailin zərbəsi olduqca massiv alınıb və bu əməliyyat davam edəcək.