Bununla belə, İsrailin İrana zərbələrindən sonra, ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində Tehranın nüvə proqramı ilə bağlı danışıqların davam edəcəyinə ümidli olduğunu vurğulayıb.
“İran nüvə silahına malik ola bilməz. Biz danışıqlar masasına qayıtmağa ümid edirik. Baxacağıq, görək nə olur”,- telekanalın reportyoru Cenifer Qriffin “X” sosial şəbəkəsində etdiyi paylaşımda Donald Trampdan sitat gətirib.
Hücumdan bir gün əvvəl “The Jerusalem Post” nəşri mənbələrə istinadən İsrail və Avropa məmurlarının son həftələrdə ABŞ administrasiyasına İranın danışıqları qəsdən uzatdığına dair xəbərdarlıq etdiklərini və bu mövzunun Donald Trampla Binyamin Netanyahu arasında telefon danışığında da müzakirə olunduğunu yazmışdı.
![]() |
İsrail İrana zərbə endirib:3 komandir ölüb |
“The New York Times (NYT)” xəbər verir ki, İsrail qüvvələri Tehran ərazisində altı hərbi bazaya hücum edib. “İRNA” dövlət xəbər agentliyi Natanza şəhərindəki nüvə obyektində partlayış baş verdiyini bildirib.
Hücumla bağlı xalqa müraciət edən İranın Ali dini lideri Əli Xameneyi İsrailin hücumlarına cavabüçün ölkə ordusuna“hərəkət azadlığı” verdiyini söyləyib.
Sahil İsgəndərov
AzVision.az