AZ

Buzovnada işıq olmayacaq - XƏBƏRDARLIQ


Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mətləb

Seçilən
11
20
baki-xeber.com

10Mənbələr